Sahənin peşəkarları ilə perspektivli görüşlər

Sahənin peşəkarları ilə perspektivli görüşlər

16 may 2024 0000

Mən spektral analiz metodları və keyfiyyətə laborator nəzarət üzrə mütəxəssisəm. Neft, tikinti və qida sənayesi üzrə Bakıda təşkil edilən bir çox sərgilərin daimi ziyarətçisiyəm. Bu cür müxtəlif istiqamətli tədbirlərə maraq işimin spesifikliyi ilə izah olunur. Məsələ burasındadır ki, hazırda məhsulun keyfiyyətinin təhlilinə getdikcə daha çox diqqət ayrılır. Şirkətlər məhsullarının bu komponentinə çox məsuliyyətlə yanaşır. Buna görə də bu sərgi mənə əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı yaradır.

Burada südün, taxılın, şərabın və digər məhsulların keyfiyyətinə nəzarət etmək üçün bizim avadanlıqlarımızdan istifadə edən şirkətlər, o cümlədən “Milla”, “Azərsun” və bir sıra digər şirkətlər iştirak edir. Ancaq sərgidə həm də bizim avadanlıqlarımızla maraqlanan çoxlu sayda yeni, kiçik şirkətlər iştirak edir. Keyfiyyətə nəzarəti daim gündəmdə saxlayan mütəxəssislərlə perspektivli görüşlər keçirdim.

Sərgi mənə çox xoş təəssürat bağışladı. Əsas diqqətimi çəkən məqam sərgidə kifayət qədər yüksək səviyyəli şirkətlərin iştirak etməsi və böyük milli stendlərin olmasıdır ki, bu da əməkdaşlığın qurulmasına dövlət səviyyəsində marağın olmasından xəbər verir.

Keyfiyyət üzrə mütəxəssis olaraq mənim üçün keyfiyyətə nəzarət şərti ilə məhsulların istehsal səviyyəsində şirkətlərlə ünsiyyət qurmaq vacibdir. İştirakçı şirkətlərin məhsullarına inamın artması istənilən sərginin müsbət nəticəsi hesab edilə bilər.

Aleksey Boyarçenkov, “Spectral Laboratory” şirkətinin mühəndisi


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN