Seçim zənginliyi: klassika + innovasiyalar!

Seçim zənginliyi: klassika + innovasiyalar!

11 i̇yun 2021 0000

Svetlana Marçenko, “Prodenergo” MMC-də brend-menecer

Ukraynanın “Prodenergo LLC” şirkəti “InterFood Azerbaijan” sərgisində həm klassik qida məhsulları (qarabaşaq, düyü, un), həm də innovativ məhsulların istehsalı üzrə ixtisaslaşmış “Sto pudov” əmtəə nişanını təqdim edir. Bunlar ləzzətli nahar hazırlamaq üçün bütün inqrediyentləri olan istifadəsi rahat xörəklər, yemək dəsgahlarıdır. Məsələn, borş dəsgahına bir az su və yağ əlavə etmək kifayətdir və on beş dəqiqə ərzində yemək masanızda hazır məhsul olacaq.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, şirkət siyasəti hər hansı konservant və ya digər kimyəvi qatqıdan istifadəni tamamilə rədd edir. Bütün məhsullar təbiidir. Fəsəli, çörək, tort bişirmək üçün qarışıqlar ayrıca məhsul xətti kimi təqdim edilir. Şirkətimiz hazırda bütün dünyada populyar sağlam qidalanmanın tərkib hissəsi olan bir çox innovativ dənli bitkilərimiz (çia, kinoa, kəpək, kətan, küncüt və s.) təklif edir. Uşaqlar, biznes-iaşə, turizm üçün də məhsul xətləri təqdim edilir.

Biz Azərbaycan ilə sıx əməkdaşlıq edirik və burada tərəfdaş nümayəndəmiz var. Sərgi maraqlıdır və biz ziyarətçilərin diqqətindən məhrum deyilik. Keçən il sərgini ziyarət etməyə hazırlaşırdıq və sevinirik ki, dünyanı sarsıdan məlum problemlərə baxmayaraq, ziyarətimiz nəhayət baş tutdu. Sərgilərin keçirilməsi vacib və zəruridir. Məhsulu görməklə yanaşı, həm də dadına baxa biləcəyiniz sərgilərin keçirilməsi xüsusilə vacibdir!


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN