Sərgi bazarın tələbatını öyrənməyə kömək edir

Sərgi bazarın tələbatını öyrənməyə kömək edir

16 may 2024 0000

Hal-hazırda Azərbaycanda kənd təsərrüfatının inkişafı, bağçılıq və meyvəçiliyin, istixanaların inkişafı və sayca artması ilə əlaqədar olaraq ixrac üçün müəyyən keyfiyyət amillərini nəzərə alaraq məhsulların keyfiyyətini yüksək səviyyəyə qaldırmaq üçün bizim istehsal etdiyimiz avadanlıqlara ehtiyac yaranmışdır. "Futura" şirkəti İtaliyada yerləşir və təxminən 60 ildir ki, fəaliyyət göstərir, sadəcə inkişaf edərək böyümüş və bir neçə brendə ayrıldıqca adı vaxtaşırı dəyişib. İstehsal etdiyi avadanlıqlar müxtəlif meyvə və tərəvəzlərin ölçüyə görə, rəngə görə və digər görünən keyfiyyətlərinə görə çeşidlənməsini təmin edir. "Futura" şirkətinin Azərbaycandakı filialı burada MMC kimi artıq 2 ildir ki, qeydiyyata alınmışdır və idxalı, satışı, habelə quraşdırma və servis xidmətlərini həyata keçirir. Məqsədimiz – bazarda ən böyük paya sahib olmaqdır. Qiymət və keyfiyyət baxımından Azərbaycan bazarını araşdırmışıq və burada yaxşı yer alacağımızı düşünürük.

Bu sərgidə artıq ikinci dəfədir ki, iştirak edirik. Sərgidə iştirakımız nəticəsində keçən il iki yeni müştəriyə xidmət göstərmişik və həmin sifarişlər əsasında Azərbaycanda bu il bir sıra bizim şirkətin böyük həcmdə avadanlıq və cihazları quraşdırılacaq.

Sərgidə biz müxtəlif sahibkarlarla, tələblərlə tanış olmuşuq və bazarın tələbatını öyrənmək üçün bu bizə kömək etmişdir. Təbii ki, sərgi çox böyük rol oynayır, çünki həm sahibkarlar, həm istehsalçılar, hamı bir yerə yığışır və birbirilə tanış olur və texnologiya, cihazlar və digər elementlərin mübadiləsi gedir. Buna görə də biz bu sərgidə hər il iştirak etmək niyyətindəyik.

Borzu Saidan, "Futura" şirkətinin meneceri

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN