Sərgi biznesdə etibar qazanmaq üçün vacib amildir

Sərgi biznesdə etibar qazanmaq üçün vacib amildir

11 i̇yun 2021 0000

Yevgeniy Vedenskiy, Belarus Ticarət və Sənaye Palatasının “Belinterekspo” Sərgi Unitar Müəssisəsinin direktoru

Belarus ekspozisiyası Azərbaycanda keçirilən “InterFood” sərgisində 2015-ci ildən bəri təqdim olunur və ənənəvi olaraq, bu, hazırki sərgidə ən böyük yerli təqdimatdır.

Bu il Belarusun stendində əsas qida məhsullarının növlərini nümayiş etdirən 16 müəssisə təqdim olunur. Dünyanın bir çox ölkəsində Belarus stendlərinin təşkilatçısı kimi deyə bilərəm ki, Azərbaycan bizim üçün ən sevimli və prioritet istiqamətlərdən biridir, şirkətlərimiz həmişə Bakıya həvəslə gəlir və peşəkar əməkdaşlıq daim artır. Çox xoşdur ki, ölkənizdə ixtisaslaşmış Belarus mağazaları var və böyük pərakəndə satış mağazalarının şəbəkələrində mallarımız üçün ayrı rəflər ayrılır.

Bu il istehsalçılarımız bir sıra yeni məhsullar gətirmişlər və bunların arasında İspan texnologiyası üzrə hazırlanmış mal ətindən kolbasa, qara çörəkdən çipsi, əridilmiş isti pendirdən hazırlanan raklet yer alır.

Pandemiyanın başlaması ilə bir sıra tədbirlərin onlayn formatda keçiriləcəyi, sərgilərin köhnələcəyi və elektron platformalar ilə əvəzlənəcəyi barədə çox danışılırdı. Bəli, virtual ünsiyyət yeni məhsul növlərini nümayiş etdirməyə, özünüzü xatırlatmağa imkan verir. Lakin bununla yanaşı, istənilən biznesin əsasını yalnız şəxsi ünsiyyət zamanı formalaşan etibar təşkil edir. Sərgilər də bunun üçün vacib vasitələrdən biridir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN