“Sərgilər müştərilər tapmaqda həlledici rol oynaya bilər”

“Sərgilər müştərilər tapmaqda həlledici rol oynaya bilər”

16 may 2024 0000

"Vandelis" sənaye məqsədləri üçün qida inqrediyentlərinin istehsalı üzrə ixtisaslaşmış Belçika şirkətidir. Bu, 2024-cü ilin mart ayında 20 illik yubileyini qeyd edən kiçik bir şirkətdir. Biz kakao məhsulları, bitki yağları, qənnadı məmulatları və şokolad qırıntıları üçün şokolad, biskvit və marqarin istehsalı üçün süd məhsulları və inqrediyentləri təklif edirik. Şirkətimiz Belçikada satış həyata keçirmir və yalnız ixrac fəaliyyəti ilə məşğul oluruq. Fəaliyyətə Şimali Afrikada, o cümlədən Əlcəzair, Mərakeş və Tunisdə başlamışıq. Şokolad və kakao məhsullarının satış bazarını genişləndirmək üçün bir neçə il əvvəl Küveyt, Livan və Səudiyyə Ərəbistanı kimi Yaxın Şərq ölkələrinə məhsul tədarükünə başlamışıq. Son 3-4 ildə Azərbaycanda "Azərsun" şirkəti ilə əməkdaşlıq edirik. Lakin daha çox müştəri əldə etmək üçün bu bölgədə daha çox işləməyə çalışırıq.

Tədbirdə iştirak edən şirkətlərin siyahısı ilə tanış olarkən bir neçə şirkətin şokolad və biskvit istehsalı ilə məşğul olduğunu öyrəndim. Bu şirkətlərlə daha yaxından tanış olmaq fikrim var. İlk növbədə əlaqə qurmaq və məlumat mübadiləsi aparmaq istərdim. Əgər buna nail ola bilsəm, şübhəsiz ki, bu, mənim üçün böyük uğur olar. Hazırda bu bazar haqqında tam təsəvvürə malik olmadığım üçün sərgidə iştirak etməkdə məqsədim bazarın necə işlədiyini, burada hansı məhsullara tələbat olduğunu və s. öyrənməkdir.

Bilirik ki, bu regionda və Mərkəzi Asiyada bazara daxil olmaq o qədər də asan deyil. Bəlkə də səbəb dil fərqi ilə bağlıdır. Əminəm ki, burada rəqib şirkətlər də az deyil, lakin biz hələ yeni başlayırıq. Bilirik ki, bu, bir az vaxt aparacaq. Biz B2B formatında əməkdaşlıq edirik. Buna görə də bu sərgidə təmsil olunan və ya sərgiyə tərəfdaşlar, yaxud xammal tədarükçüləri tapmaq üçün qatılan şirkətlərlə maraqlanırıq. Hesab edirəm ki, bu sərgi belə məqsədlər üçün yaxşı platformadır. Şirkətlərin və müştərilərin iştirak etdiyi bu sərgi marketinq fəaliyyətlərində çox böyük və həlledici rol oynaya bilər. Bu tədbirdə ilk dəfə iştirak etməyimizə baxmayaraq, təcrübəmizə əsaslanaraq, onun bizə uğurlu başlanğıc üçün güclü təkan verəcəyinə inanırıq. Sərginin təşkilatçılıq səviyyəsi bizi müsbət dərəcədə təəccübləndirdi. Təşkilatçılar sərgiyə hazırlıq mərhələsində daim bizim əlaqə saxladılar, bizə məlumatlar göndərdilər və istiqamətləndirdilər.

Roma Sassi, "Vandelis" şirkətinin satış meneceri


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN