“Svalya”nın Azərbaycan bazarında imicinin möhkəmləndirilməsi

“Svalya”nın Azərbaycan bazarında imicinin möhkəmləndirilməsi

19 may 2022 0000

Yevgenius Budreyka, “Pieno žvaigždės” şirkətinin (“Svalya” brendi) kommersiya direktoru

“Svalya” brendi Azərbaycanda geniş şəkildə təmsil olunur. Buraya tez çatdırılması vacib olan mallar – kərə yağı, xama, kəsmik, pendirlər, sıroklar və s. gətirilir. Bu cür tez xarab olan məhsullar mükəmməl saxlama şəraiti tələb edir. Qeyd etmək istərdim ki, “Svalya” məhsullarının təchizatçıları bütün tələblərə cavab verir.

Biz Azərbaycan bazarında fəaliyyətimizi daha da gücləndirmək istərdik. Buna görə də “Svalya”nın “InterFood Azerbaijan 2022” sərgisində iştirak etməsinin əsas məqsədi Azərbaycan və Cənubi Qafqaz bazarında bu brendin imicini möhkəmləndirməkdir. Sərgidə siz öz məhsullarınızı geniş şəkildə təqdim edə, tərəfdaşlarla ünsiyyət saxlaya və hətta istehlakçılardan məhsullar haqqında faydalı məlumatlar ala bilərsiniz. İnsanlar davamlı olaraq bizim stendimizə yaxınlaşır, biz hər bir insanın rəyini diqqətlə dinləyirik.

Bəli, Azərbaycanda bir distribyutor var ki, biz onunla “InterFood Azerbaijan” sərgisi ərəfəsində birbaşa əlaqə saxlamışıq və bir çox məsələni həll etmişik. Bununla belə, bu meydançada bizə gələn məlumatların dəyərini qiymətləndirməmək olmaz. Bu, bizə bir istehsalçı olaraq düzgün istiqamətdə hərəkət etməyə, perspektivli vəzifələri müəyyənləşdirməyə və təbii ki, istehsal etdiyimiz məhsulların yüksək keyfiyyətini təmin etməyə imkan verir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN