Xüsusilə təmiz şüşənin sirləri

Xüsusilə təmiz şüşənin sirləri

20 may 2023 0000

Vitali Yevseyev, "XRUSTALNIY ZVON" KOMMERSİYA VƏ SƏNAYE ŞİRKƏTİ MMC-nin Baş direktoru

Şirkətimiz konyak, viski, rom, cin üçün şüşə qablar, həmçinin cem, mürəbbə və şokolad pastası üçün qabların istehsalı ilə məşğuldur.

Bu yaxınlarda ilk dəfəMDB ərazisində qab-qacaq istehsal etməyə başladıq: çay, pivə krujkaları, vazalar, sürahilər, xüsusilə təmiz şüşədən hazırlanmış stəkanlar, şəffaf bankalar.

Rusiya Federasiyasında və MDB ərazisində bu cür məhsullar istehsal edən yeganə şirkətik.

Buraya ilk dəfə gəldiyimiz üçün bütün çeşidimizi geniş şəkildə nümayiş etdiririk.

Artıq bu gün deyə bilərik ki, Azərbaycan əsasən ərzaq məhsulları, kompotlar, şirələr, cemlər və s. üçün nəzərdə tutulmuş şüşə qablara maraq göstərir. Bütün potensial alıcıların yalnız 10-15 faizi alkoqollu içkilər üçün məhsullarla maraqlanıb.

İki gün ərzində onlarla ziyarətçi ilə əlaqə məlumatlarımızı dəyişdik. Onlardan ən azı bir neçəsi bizimlə müqavilə bağlamağa qərar verərsə, sərgini əminliklə uğurlu adlandıra bilərik.

Sərginin özünə gəlincə, o, çox layiqincə və yaxşı təşkil olunub. Burada hər şeyə diqqət yetirilib: keçid rejimi, qidalanma və s.

Bizim üçün təşkil olunan axşam proqramına görə xüsusi təşəkkürümü bildirmək istəyirəm.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN