Zamilya Tarverdiyeva, Beta şirkətinin Marketinq Mütəxəssisi
“Beta Food Industry and Trade Inc” şirkətinin “InterFood Azerbaijan 2022” sərgisində iştirakı təsadüfi deyil. Şirkət çeşidləri sərgidə geniş şəkildə təqdim olunan yeni məhsulların kütləvi istehsalına başlayıb. Yeniliklər istehlakçıların artıq öyrəşdiyi ənənəvi xətdən əhəmiyyətli dərəcədə fərqlənir. Bunlara Çin çayı kimi meyvə çayları və xaricdə geniş yayılmış içkilər daxildir.
Bizim vəzifəmiz Azərbaycanda və xaricdə olan çay həvəskarlarını yeni dadlarla tanış etməkdir. Beləliklə, “Beta Food” istehlakçılarımızı sevindirməyə davam etmək məqsədilə yeni çay markaları yaratmaq üçün səy göstərməyə davam edir.
Biz, həmçinin, digər məhsulları da təkmilləşdiririk. Məsələn, “Benuta”, “Beta Caffito”, “Wavey”, “Belita”, “Bon Vivant”, “Snax”, “Funcy” və s. kimi brendlər yüksək keyfiyyətlərinə görə artıq uğur qazanıblar.
Komandamız Azərbaycan iqtisadiyyatının, xüsusən də qeyri-neft-qaz sektorunun inkişafına töhfə verməkdən qürur duyur.
“InterFood Azerbaijan” öz məhsullarını təkcə yerli deyil, həm də xarici istehlakçılara təqdim etmək, yeni əlaqələr qurmaq, satışları genişləndirmək üçün unikal imkanlar yaradır. “Beta Food Industry and Trade Inc” şirkəti adından sərginin mükəmməl təşkilinə və Xəzər regionundakı ən böyük tədbirdə iştirak etmək fürsətini yaratdığına görə “Caspian Event Organisers (CEO)” şirkətinə dərin təşəkkürümü bildirirəm.