Təşkilatçılar sərgidə iştirakınızı kağızsız (“paper-free”) etmək və ziyarətçilərlə fiziki təmasınızı azaltmaq üçün iki yeni xidmət növünü tətbiq edirlər.
Sərgi təşkilatçıları sizin üçün şəxsi QR kodu hazırlayacaqlar və bu kod sizin döş nişanınıza (“badge”) yerləşdiriləcək (siz bu kodu stendinizdə də yerləşdirə bilərsiniz). Bu QR kodu əvvəlcədən şəxsi kabinetinizə yüklədiyiniz promo materiallarına keçidi təmin edir. Ziyarətçilər QR kodunu mobil tətbiq vasitəsi ilə skan etdikdən sonra promo materiallarınızı (elektron formatda) öz elektron poçtlarına qəbul edə biləcəklər.
Hər bir ziyarətçinin döş nişanında (“badge”) onun əlaqə məlumatlarını ehtiva edən QR kodu olacaq. Ziyarətçinin əlaqə məlumatlarını telefon kitabçanıza daxil etmək üçün telefonunuzun kamerası vasitəsi ilə bu QR kodunu skan etməyiniz kifayətdir. Bu, vizit kartlarının mübadiləsi zamanı fiziki təmasın qarşısını almağa kömək edəcək və sərgidə toplanan əlaqə məlumatlarının işlənməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcəkdir
Diqqət: Bu xidmətlərdən istifadə etmək üçün siz mobil tətbiqi yükləməli və ya mobil telefonun kamerasından istifadə etməlisiniz.