Yüksək keyfiyyətli və əlçatan Koreya cərrahi tikişləri və biznesin MDB regionuna genişləndirilməsi

Yüksək keyfiyyətli və əlçatan Koreya cərrahi tikişləri və biznesin MDB regionuna genişləndirilməsi

31 oktyabr 2025 0000
Christopher Lee, satış meneceri, PINE BM (Cənubi Koreya)

-Pine BM — Koreya istehsalı cərrahi tikiş materiallarının istehsalçısıdır. Şirkətimiz fəaliyyətinə 2011-ci ildə başlamışdır və o vaxtdan bəri məhsullarımızı Cənubi Koreyanın bütün böyük xəstəxanalarına təchiz edirik. Bundan əlavə, tikiş materiallarımızı İsveçrə, Almaniya və Çexiya kimi Avropa ölkələrinə, eləcə də Türkiyə, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə ixrac edirik. Məhsullarımızın əsas özəlliyi ondan ibarətdir ki, biz xammalı özümüz istehsal edirik. Dünyada tikiş materialları üçün biopolimeri öz daxilində istehsal edən çox az şirkətlərdən biriyik. Məhz bu imkan sayəsində biz çox yüksək keyfiyyətli məhsulu nisbətən əlçatan qiymətlərlə təklif edə bilirik.

Koreya istehsalı kimi biz yüksək keyfiyyət standartlarını münasib qiymətə təqdim edirik — bu isə bizim əsas üstünlüklərimizdən biridir. Tikiş materiallarımız cərrahiyyənin bütün sahələrində geniş istifadə olunur: onkologiya, urologiya, ginekologiya, ortopediya, plastik cərrahiyyə, ümumi cərrahiyyə — demək olar ki, hər növ əməliyyatda tətbiq oluna bilir.

Sərgi ilə bağlı onu qeyd edim ki, bu sərgidə ilk dəfə iştirak edirik və bu, həmçinin mənim Bakıya ilk səfərimdir. Hesab edirəm ki, tədbirin təşkilatçılığı çox yüksək səviyyədədir. Hər bir sessiya olduqca məzmunlu keçir, dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri və aparıcı mütəxəssislər iştirak edirlər. Xüsusilə dünən çox böyük izdiham var idi. Bu gün isə sərgi açıldıqdan cəmi iki-üç saat sonra artıq kifayət qədər çox insan gəlmişdi. Düşünürəm ki, bu, biznesimizi genişləndirmək və xüsusilə MDB regionunun bazarına daxil olmaq üçün əla imkandır. Buraya gəlmək şirkətimiz üçün doğru qərar oldu.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN