Sərgi haqqında

Hər il dünyanın 20-dən çox ölkəsindən minlərlə peşəkar ziyarətçini qəbul edən “InterFood Azerbaijan” sərgisi Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilmişdir. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılar ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır. Vahid platformada sektorun aparıcı istehsalçılarının qənnadı, ət məmulatları, meyvə-tərəvəz, süd məmulatları, ət-süd məhsulları, şirələr, çay, tütün, delikates və digər qida məhsulları, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, işarələmə avadanlıqları və bir sıra digər məhsullar təqdim edir. 

Sərgisində təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür:

  • InterFood (qida sənayesi)
  • InterDrink (içkilər)
  • InterFoodTech (texnologiyalar)
  • HalalFood

Sərgi çərçivəsində həmçinin yeni əlaqələrin qurulması və mövcud əlaqələrin gücləndirilməsi üçün əlavə platforma olan “B2B” formatlı ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

“InterFood Azerbaijan” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgi həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən dəstəklənir.  

Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti və onun bir sıra xarici tərəfdaşlarıdır. 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN