Şirkət haqqında

“Caspian Event Organisers” MMC

“Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda beynəlxalq sərgi və konfransların təşkilində aparıcı mövqeyə malikdir. Təsis olunduğu 2014-cü ildən etibarən şirkət "ADEX", "Caspian Agro", "Rebuild Karabakh", "TransLogistica Caspian", "Medinex" və digər milli və beynəlxalq brendlərini fəal şəkildə inkişaf etdirərək, konqres və sərgi sənayesinin əsas oyunçusuna çevrilmişdir. Hazırda şirkətin portfelində hər il ardıcıl təşkil edilən 10-dan çox ixtisaslaşmış tədbir yer alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgilərə daim diqqət göstərərək, sərgi ekspozisiyalarını ziyarət edir və iştirakçılarla görüşür. Sərgilər müvafiq dövlət qurumları tərəfindən dəstəklənir.

Şirkət yüksək təşkilatçılıq və peşəkarlıq standartlarına riayət edir, bu da öz növbəsində “UFI” (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) və “ICCA” (Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası) kimi beynəlxalq təşkilatların dəstəyi ilə təsdiqlənir. "Caspian Event Organisers" şirkəti, həmçinin Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) üzvüdür. Bu isə onun sərgi və konfranslar sahəsində etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir.

"Caspian Event Organisers" şirkəti tərəfindən təşkil edilən sərgilər işgüzar əlaqələrin möhkəmlənməsinə, texnologiya mübadiləsinə və bölgədə iqtisadi artıma dəstək verir. Bu tədbirlər müxtəlif sahələrin nümayəndələri arasında qarşılıqlı fəaliyyət üçün platforma rolunu oynayır və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verir.


Caspian Event Organisers
Azərbaycan, Bakı şəhəri
Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 61, AZ1075
T: +994 12 404 1000
T: +994 55 224 1000
E: 
office@ceo.az

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN