İvan Levçenko, TABIA Group-un kulinariya direktoru
Otel aktivlərinin idarə olunması sahəsində aparıcı şirkət olaraq məqsədimiz yalnız Azərbaycanda beynəlxalq hotelçilik standartlarını tətbiq etmək deyil, həm də ölkənin turizm cəlbediciliyini artırmaq və daha geniş, müxtəlif qonaq auditoriyasını cəlb etməkdir. Bizim çoxlu otellərimiz var və onların əksəriyyəti Azərbaycanın regionlarında, o cümlədən Qarabağda yerləşir.
Biz ət tədarükçüləri, yeni pendir brendləri və məhsullarını böyük həcmdə təchiz edə biləcək istehsalçılar axtarırıq. İlk növbədə yerli istehsalçılar bizim üçün maraqlıdır. Satınalma zamanı çoxsaylı tədarükçülərlə əməkdaşlıq etmək yanaşması monopoliyalara qarşı mübarizəyə kömək edir, qiymətləri sabitləşdirir və yeni imkanlar yaradır. Qonaqlarımıza sabit qiymətlər təqdim etməklə onlara qarşı dürüst olmaq bizim üçün vacibdir.
Bu ilki sərgi bizə ət, çay və fri yağları tədarükçüləri, həmçinin pendir istehsalçıları ilə əlaqələr qurmağa imkan verdi. Düşünürəm ki, bu perspektivli tanışlıqlar gələcəkdə müqavilələrin bağlanmasına səbəb olacaq. Həmçinin çox sevindiricidir ki, şirkətlər qrupumuzun nümayəndələri “Qızıl Şah” aşpaz turnirində iştirak edirlər. Biz də onları dəstəkləməyə gəlmişik.
Belə böyük və mötəbər sərgini bir gün ərzində peşəkar baxımdan tam əhatə etmək çətindir, buna görə də sərginin ikinci günündə də buraya gəldik. Belə tədbirlər, şübhəsiz ki, lazımlı və faydalıdır. Dünyada tendensiyalar inanılmaz sürətlə dəyişir və bütün yeniliklərdən xəbərdar olmaq üçün biz daim InterFood sərgisini ziyarət edir və burada özümüz üçün faydalı nələrsə tapırıq. Müxtəlif məhsullar təqdim edən tədarükçülərin sayı nə qədər çox olsa, bu, hər kəs üçün bir o qədər yaxşıdır.