“Heritage” şərab brendini məşhurlaşdırırıq

“Heritage” şərab brendini məşhurlaşdırırıq

15 may 2024 0000

Azərbaycanda illərdir öz sözünü demiş “AZGRANATA” alkoqollu və alkoqolsuz içkiləri istehsal edir və məhsullarının Premium seqmentində yer almasının tərəfdarıdır. “AZGRANATA” həm keyfiyyətin, həm də bazarda tutduğu yerin qorunmasına nail olan az sayda şirkətlərdən biridir. Şirkətin rəsmi açılışı 2011-ci ildə ölkə prezidentinin iştirakı ilə keçirilmişdir, lakin üzüm və nar bağlarının salınması və zavodun inşası artıq 2007-ci ildən başlanmışdı. Məhsullarımızı daha çox ixrac etdiyimiz üçün daha çox xarici sərgilərə müraciət edirik, məsələn, son illərdə Birləşmiş Krallıq, Yaponiya, Rusiya və sair fərqli ölkələrdə keçirilən sərgilərdə iştirak etmişik. Yerli bazarda isə hər il İnterFood sərgisində edirik: yerli insanların AZGRANATAnın məhsullarına olan reaksiyası bizə maraqlı gəlir. Bu il daha bir fərqli formatda iştirak edirik. Əvvəlki illərdə şirkətimizin stendində spirtli və spirtsiz bütün məhsullarımız əks etdirilirdi. Bu il isə, gördüyünüz kimi, ancaq şərab məhsulu, əsasən də AZGRANATAnın “Heritage” şərab brendini nümayiş etdiririk və bu “Heritage” brendini artıq Azərbaycanda və dünya bazarında məşhur etmək fikrimiz var.

Bu sərgidə şirkətimiz xatırladığım qədərilə ən azı son 5-6 ildir ki, iştirak edir və ötən illərlə müqayisədə bu il daha bir pavilyon əlavə olunub və istər iştirakçı, istərsə də ziyarətçilərin sayı çox yüksək görünür və bizim məhsullara maraq böyükdür, gündə 2 dəfə təşkil olunan dequstasiyalarımızda ziyarətçilər pulsuz şəkildə məhsullarımızın dadına baxa bilirlər.

Xarici şərab yaxud şərab materialları, habelə bizim istehsal etdiyimiz digər məhsullar üçün lazım olan ləvazimatları yaxud da xammalları satan şirkətlərin iştirak etdiyi bu sərgi təchizat şöbəmizin buradakı nümayəndələri üçün kifayət qədər maraqlıdır. Sərgidə təmsil olunmuş rəqib şirkətlərin məhsullarının dadına baxmaq, nələri isə müzakirə və ya müqayisə etmək maraqlıdır, amma təbii ki, hər kəsin öz strategiyası, öz yolu var, biz ancaq onlara uğurlar arzulaya bilərik.

Yusif Ləzgiyev, “AZGRANATA” şirkətinin Əməliyyat direktoru


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN