İki əsas istiqamətdə məhsul istehsal edir

İki əsas istiqamətdə məhsul istehsal edir

12 may 2023 0000

Əli Sadıqzadə, “Absheron Olive Garden” şirkətinin Direktor vəzifəsini icra edən

Absheron Olive Garden regionda ən böyük zeytun emalı zavodudur. Müəssisənin tərkibində 2 böyük zavod vardır. Yağ zavodu və süfrəlik zeytun zavodu. İllik 4.000 ton yağ istehsal gücü olan zeytun yağı istehsalı zavodu İtaliyanın “Pieralisi” şirkəti ilə əməkdaşlıq çərçivəsində qurulub. Müəssisədə biri ikinci sıxım olmaqla beş ayrı istehsal xətti yaradılıb. İllik 35.000 ton xam zeytun qəbul etmə gücü olan zavodda soyuq sıxım “Extra Virgin” zeytun yağı istehsal edilir.

Şirkət iki istiqamətdə məhsul istehsal edir. 1. Extra virgin növlü zeytun yağı, 2. Süfrəlik zeytun. Extra virgin yağı növü zeytun yağı növləri arasında ən yüksək keyfiyyətə malik, asidlik dərəcəsi ən az olan, soyuq sıxım üsulu ilə əldə olunan bir yağ növüdür. Bu yağ növü soyuq sıxım üsulu ilə əldə olunur və heç bir rafinasiya prosesindən keçmir, bu səbəbdən də zeytun yağının insan sağlamlığı üçün faydalı olan bütün elementlər bu yağ növündə qorunub saxlanılır. 2023-cü il üçün extra virgin zeytun yağı nğvü olmaqla üç fərqli ölçüdə məhsul müştərilərə təqdim olunur: 250 ml, 500 ml və 750 ml. Süfrəlik zeytun məhsulları isə yeddi fərqli üsulla hazırlanır və 3 fərqli qablaşdırmada təqdim olunur. 370 gr, 720 gr və 10 kg. Yeddi fərqli üsul isə bunlardır: yaşıl zeytun, çəyirdəksiz yaşıl zeytun, qara zeytun, çəyirdəksiz qara zeytun, yağlı qara zeytun, cızma yaşıl zeytun, qırma yaşıl zeytun. Bütün məhsullar bir marka adı altında təqdim olunur. Marka adı: “Absheron Olive Gardens”.

İnterfood Azerbaijan kimi ixtisaslaşmış sərgilərin rolu əvəzolunmazdır. Həm sektorun inkişafı həmçinin həmin sektorda fəaliyyət göstərən kiçik, orta və böyük şirkətlərin özünü nümayiş etdirməsi baxımından çox faydalıdır.

Qarşıdan gələn sərgilərdə daha çox innovativ yeniliklərin nümayiş olunması şirkətlər arasında rəqabət mühitinin dərinləşməsində öz tövhəsini verə bilər.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN