InterFood Azerbaijan sərginin iştirakçısı “Absheron Saffron” şirkətindən sərgidə zəfəranlı məhsullarını təqdim edilməsi gözlənilir.

InterFood Azerbaijan sərginin iştirakçısı “Absheron Saffron” şirkətindən sərgidə zəfəranlı məhsullarını təqdim edilməsi gözlənilir.

11 may 2023 0000

Misilsiz keyfiyyət.

Haqqında

2016-cı ildə yaradılmış “Absheron Saffron” LTD Azərbaycanın ilk patentləşmiş zəfəran məhsulları istehsalçısıdır. Şirkət Abşeron yarımadasının Zirə qəsəbəsində istehsal sahəsinə malikdir və 20 hektar sahədə zəfəran yetişdirir.

Ən yaxşı premium keyfiyyətdə olan zəfəranlı məhsullarımızı, müştərilərimizlə daha yaxından tanış etmək üçün, 2022-ci ildə “Zərəfəran Məhsulları” adlı şourum istifadəyə verildi. Fransa və Amerikadan sertifikatlarımız mövcuddur. Eyni zamanda İsveçrə laboratoriyaları tərəfindən mütəmadi olaraq sertifikatlaşdırılır. Öz zəfəran istehsalımız əsasında təbii məhsullar əldə edirik.

Məhsul

"Absheron Saffron" şirkətinin məhsulları tamamilə orqanik məhsullardır. Şirkət zəfəranın və zəfəran məhsullarının becərilməsi və emalı zamanı heç bir kimyəvi və ya sintetik məhsuldan istifadə etmir. Dünyada ən yüksək keyfiyyətli zəfəran yetişdiricilərindən biridir. Şirkətin məhsulları ABŞ, Almaniya, Qətər, Türkiyə, Dubay və Azərbaycanda bir neçə sərgidə nümayiş etdirilib.

Şirkətin istehsal etdiyi məhsullar:

1. yüksək keyfiyyətli zəfəran;

2. zəfəran və zəfəran ləçəkli mürəbbə;

3. zəfəranlı heyva mürəbbəsi;

4. zəfəranlı üzüm mürəbbəsi;

5. zəfəranlı əncir mürəbbəsi;

6. zəfəranlı ağ gilas mürəbbəsi;

7. zəfəranlı şaftalı mürəbbəsi;

8. zəfəranlı naringi mürəbbəsi;

9. zəfəranlı portağal mürəbbəsi;

10. zəfəranlı qreypfurt mürəbbəsi;

11. zəfəranlı kinkan mürəbbəsi;

12. zəfəranlı ananas mürəbbəsi;

13. zəfəranlı balqabaq mürəbbəsi;

14. zəfəranlı zəncəfilli limon mürəbbəsi;

15. zəfəranlı feyxoa mürəbbəsi;

16. zəfəranlı çiyələk mürəbbəsi;

17. zəfəranlı albalı mürəbbəsi;

18. zəfəranlı gül vannası;

19. zəfəranlı bal kremi;

20. zəfəranlı dondurma;

Qarışıq mürəbbələr:

21. zəfəranlı lavandalı limon mürəbbəsi;

22. zəfəranlı lavandalı heyva mürəbbəsi;

23. zəfəranlı limonlu portağal mürəbbəsi;

24. zəfəranlı lavandalı portağal mürəbbəsi;

25. zəfəranlı nanəli çiyələk mürəbbəsi;

26. zəfəranlı qozlu əncir mürəbbəsi;


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN