Ləzzət şirkətlər qrupu 1995-ci ildə fəaliyyətə başladı. İlkin olaraq biz topdan satış ilə başlamışdıq, məhsulların idxalı və satışı ilə məşğul olmuşuq, amma sonradan istehsala keçmişik və ötən 29 il ərzində çox ciddi istehsal sahələri qurmuşuq.
İnterFood Azerbaijan 2024 sərgisində şirkətlər qrupumuz meyvə suyu, limonad, quru çay, vafli, peçenye, salfet, lokum, çərəz və digər məhsulların sərgi ziyarətçilərinə təqdim edir. 2011-ci ildə broyler sahəsində də fəaliyyətə başlamışıq, Naxçıvan Muxtar Respublikasında ən böyük qida istehsalçısıyıq. Artıq Azərbaycan bazarında ciddi rol oynayan oyunçuya çevrilməyi planlamışıq və bu sərgidə iştirakımızı davam edəcəyik.
Bu artıq 4-cü ildir ki, burada iştirak edirik və əsas məqsədimiz – xaricdən gəlmiş potensial müştərilərlə tanış olmaq, onlarla təması genişləndirmək və, bundan başqa, mövcud yerli müştərilərimizlə ünsiyyət aparmaq, əlaqələri inkişaf etdirməkdir. Bu məqsədlərə nail olmaq üçün bu sərgini çox effektiv və faydalı görürük. Bundan başqa, Azərbaycan şirkətiyik, Azərbaycanda olan sərgidə iştirak etmək bizim üçün bir borcdur. Biz Rusiya, Dubay, Türkiyə, Səudi Ərəbistanın ixtisaslaşdırılmış sərgilərində iştirak edirik və bu günkü sərgi sadaladıqlarımdan qətiyyən geri qalmır, qoyulan məqsədlərə nail olmağa imkan yaradır. Məsələn, marketinq sahəsində fəaliyyət göstərən şirkətlərlə burada tanış olduq və bir neçəsi ilə əməkdaşlığa başladıq, onların bizə marketinqlə bağlı köməyi oldu. Bu il də İnterFood sərgisində bizim fayda verə biləcəyimiz və bizə fayda verə biləcək bir çox şirkətlərlə görüşlər həyata keçirmişik. Əminəm ki, onlarla maraqlı işbirliyi qura biləcəyik.
Seymur Rzalı, “Ləzzət” şirkətlər qrupunun Direktoru