“Marsol Group” şirkəti üçün tur
14 may 2025
0000
Sərgi çərçivəsində “Marsol Group” şirkəti üçün tur təşkil olunmuşdur. Azərbaycan sahibkarlarını birləşdirən və B2B görüşlər, təlimlər, regional və xarici biznes turları, konfranslar və sərgilərin təşkilatçısı olan bu şirkət, böyük regional sərgilərin təşkili sahəsindəki təcrübəni öyrənməkdə maraqlıdır.
“Marsol Group”a daxil olan şirkətlərin nümayəndələri “Caspian Event Organisers”in baş direktoru Fərid Məmmədov ilə işgüzar görüş keçirmiş və biznes əməkdaşlığı imkanlarını müzakirə etmişlər. Daha sonra qonaqlar üçün sərgi ilə tanışlıq turu təşkil olunmuşdur.