Robert Raysinq, ixrac satışları şöbəsinin müdiri, KRONEN GMBH
Şirkətimiz kiçik və orta məhsuldarlığa malik tərəvəz emalı avadanlıqlarını istehsal edir.
Mən bura tərəvəz və meyvələrin yuyulması, təmizlənməsi, kəsilməsini təmin edən avadanlıqlarımız haqqında geniş məlumatla gəlmişəm. Bu emal edilmiş meyvə və tərəvəzlərdən sonradan qurudulmuş və konservləşdirilmiş məhsullar, həmçinin dondurulmuş məhsullar istehsal edilir.
Bu sərgidə təqdim olunan avadanlıqlar sənaye təyinatlıdır, məhsuldarlığı saatda 200 kiloqramdan 4-5 tona qədərdir.
Biz artıq müxtəlif vaxtlarda bizdən avadanlıq almış bir neçə Azərbaycan müəssisəsində təmsil olunuruq.
Onlardan biri də “AzerSun” şirkətidir, onlar on ildən artıqdır ki, bizim avadanlıqlarımızı əldə edirlər və biz gələcəkdə də əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik.
Biz texnologiyamızı daim təkmilləşdiririk. Bu gün biz yeni nəsil yuyucu maşınları təqdim edirik, yeni bıçaq və bəzi effektiv kəsmə formalarının tətbiq edildiyi kəsmə prosesinin təkmilləşdirilməsi üzərində işləyirik.
Ümid edirəm ki, burada məhsullarımıza tələbat olacaq. Ona görə də görüşlərə, məsləhətləşmələrə hazıram. “KRONEN GMBH” stendinə xoş gəlmisiniz!