Premium keyfiyyətli təzə və dondurulmuş meyvə və tərəvəzlər
15 may 2025
0000
Məhəmməd Elbatal, Baş İcraçı Direktor, El-Heba
“El-Heba Agricultural Development” təzə sitrus meyvələrinin istehsalı və ixracı sahəsində lider şirkətlərdən biridir. Şirkətin baş ofisi Misirin İsmailiyyə şəhərindəki ikinci sənaye bölgəsində yerləşir. Şirkət, yüksək keyfiyyət və davamlı istehsalı təmin etmək üçün ən müasir kənd təsərrüfatı texnologiyalarından istifadə edərək geniş ərazilərdə təsərrüfatlara sahibdir. “El-Heba”, məhsulların yetişdirilməsindən, istehsal edilməsindən, müştərilərə çatdırılmasına qədər hər bir mərhələni izləyən inteqrasiya olunmuş bir iş modelinə sahibdir. Şirkət, məhsulun keyfiyyətinə və qida təhlükəsizliyinə xüsusi diqqət yetirir.
“El-Heba Agricultural Development”, ən yüksək beynəlxalq keyfiyyət standartlarına uyğun premium təzə və dondurulmuş meyvə və tərəvəzlərin istehsalı və ixracı ilə məşğuldur. Öz təsərrüfatlarımız və inkişaf etmiş texnologiyalarımızla biz sağlam və təhlükəsiz kənd təsərrüfatı məhsullarını dünya bazarlarına təqdim edirik. Əsas məqsədimiz davamlılığa diqqət yetirərək müştəri məmnuniyyətini təmin etməkdir.
Bizim məqsədimiz, meyvə və tərəvəz istehsalı və ixracı sahəsində qlobal liderliyə nail olmaqdır. Bu hədəfə çatmaq üçün yenilikləri dəstəkləyir və kənd təsərrüfatının davamlı inkişafını təşviq edirik. Eyni zamanda, beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun fəaliyyət göstərərək nüfuzumuzu qorumağa çalışırıq. Biz, xüsusən də dondurulmuş meyvələrin emalında, bu gün mövcud olan ən müasir və innovativ texnologiyalardan istifadə edirik.
Bizim əsas məqsədimiz qlobal bazarda genişləndirməkdir, buna görə də “InterFood Azerbaijan” sərgisində iştirak edirik. Buradakı əsas hədəfimiz yeni tərəfdaşllıqar qurmaq və faydalı əlaqələr yaratmaqdır. Tədbir bir çox iştirakçını cəlb edib və artıq müxtəlif ölkələrdən perspektivli tərəfdaşlarla görüşlər keçirilib. Belə sərgilər, şirkətimizin tanıdılması və yeni imkanların yaranması baxımından mühüm rol oynayır.