Sofiya Məmmədova, "Besting" şirkətinin avadanlıq meneceri Təmsil etdiyim "Besting" şirkəti qənnadı və çörək bişirmə sektoru üçün qida xammalının istehsalı, çörək və qənnadı məmulatları istehsalçıları üçün yeni resept və konsepsiyaların hazırlanması ilə məşğuldur. Biz gənc bir şirkətik və sərgilərə qatılmaq bizim üçün vacib bir İdarəetmə elementidir. Müsbət bir müştəri siyahısına malik olduğumuzdan inanırıq ki, daim inkişaf etmək mütləqdir. InterFood Azerbaijan sərgisi belə imkanlar yaradır. Burada biz artıq peşəkar avadanlıq və xammal (qarğıdalı nişastası və s.) üzrə bir sıra maraqlı təkliflər almışıq, gələcək biznesimiz üçün, ilk növbədə, Azərbaycandan kənarda bazarlara çıxış üçün əlaqələr qurmuşuq. Ayrıca qeyd etmək istərdim ki, sərgi çox sayda iştirakçı ölkələrin və milli stendlərin olması ilə məni heyran etdi. Hesab edirəm ki, məhz InterFood Azerbaijan kimi forumlarda müxtəlif ölkələrin nümayəndələri arasında dostluq və işgüzar əlaqələr qurulur, iştirakçıların hər birinin imkanlarının nümayişi fonunda aktual peşəkar informasiya mübadiləsi aparılır. Altıncı ildir ki, bu sərgiyə qatılaraq biznesin əsasları ilə yaxından tanış oluram, başa düşürəm ki, bu cür forumlarda iştirak etmək son dərəcə zəruridir və istənilən şirkətin inkişafına təkan verir.