Sərgidə milyonluq müqavilələr bağladıq

Sərgidə milyonluq müqavilələr bağladıq

15 may 2025 0000
Nikolay Boxonyuk, “Luninets Süd Zavodu” ASC-nin direktoru

“Luninets Süd Zavodu” Açıq Səhmdar Cəmiyyəti Belarus Respublikasının Brest vilayətini təmsil edir. Müəssisə yağsız quru süd, tam quru süd, kərə yağı və kəsmik istehsalı ilə məşğuldur. Gün ərzində 300 ton süd emal edirik. Azərbaycanda ən məşhur məhsulumuz “Belaya Korova” brendi ilə satışa çıxarılan kərə yağıdır. Ötən il biz Azərbaycana 4 milyon ABŞ dolları dəyərində məhsul ixrac etmişik. Düşünürəm ki, bu il göstəricilərimizi daha da artıracağıq. Sevindiricidir ki, məhsulumuz Azərbaycanda tanınır, bu sərgi ziyarətçilərinin reaksiyalarından aydın hiss olunur.

2025-ci il sərgisinin gedişatından çox razıyıq. “InterFood Azerbaijan” sərgisinin ilk günlərində “Luninets Süd Zavodu” ASC Özbəkistan şirkəti ilə 10 milyon ABŞ dolları məbləğində quru süd tədarükünə dair müqavilə imzalayıb. Özbəkistana etdiyimiz son səfər zamanı ilkin razılaşma əldə olunmuşdu və məhz “InterFood Azerbaijan” sərgisində müqaviləni imzalamaq qərara alındı.

Bundan əlavə, biz Azərbaycan şirkətlərindən biri ilə 150 ton yağsız quru südün tədarükü üzrə müqavilə bağlamışıq. Məhsullarımıza Azərbaycan milli şirniyyatları istehsal edən qənnadı müəssisələri də maraq göstərib. Hal-hazırda həmin şirkətin nümayəndələrini Belarusdakı müəssisəmizə dəvət etmişik.

Müəssisəyə üç ildir rəhbərlik edirəm və bu illərin hər birində “InterFood Azerbaijan” sərgisində iştirak etmişik. Bu sərgi bizim üçün həmişə məhsuldar keçir, burada daim məhsullarımıza tələbat duyan yeni tərəfdaşlarla tanış oluruq. Fikrimcə, sözlərimi yuxarıda qeyd etdiyim müqavilələr ən yaxşı şəkildə təsdiqləyir

 

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN