Sərginin miqyası və çoxşaxəliliyi böyük təəssürat yaradır

Sərginin miqyası və çoxşaxəliliyi böyük təəssürat yaradır

7 may 2026 0000

Fəxri Ellazov, “Neptun” supermarketində mühasib-analitik

“Caspian Agro Week” çərçivəsində diqqətim, ilk növbədə, supermarketlər üçün avadanlıqların - vitrinlər, soyuducu sistemlər, mətbəx avadanlıqları və s. - təchizatçılarının təkliflərinə yönəlir. Artıq 15 ildir ki, bu sərgini mütəmadi olaraq ziyarət edirəm və əminliklə deyə bilərəm ki, hər dəfə burada özüm üçün yeni, maraqlı və faydalı həllərlə qarşılaşıram.

Yuxarıda sadaladığım avadanlıqlardan gündəlik fəaliyyətimizdə istifadə edirik və daim işimizi daha müasir həllərlə təkmilləşdirməyə çalışırıq. Bu sərgidə isə belə təkliflər hər zaman mövcuddur. Ötən ilin təcrübəsindən xatırlayıram ki, sərgidə keçirilən görüşlərdən sonra burada tanış olduğumuz şirkətlərdən birinin bəzi məhsullarını əldə etmişdik. Hesab edirəm ki, istehsalçı şirkətlərin stendlərində avadanlıqların iş prinsipinin canlı nümayişi də ziyarətçilər üçün olduqca faydalıdır. Praktiki nümayiş həmişə daha inandırıcı təsir bağışlayır.

Xüsusilə sərginin miqyasını və çoxşaxəliliyini qeyd etmək istərdim. Kənd təsərrüfatı və qida məhsulları ilə yanaşı, HoReCa sektoru üçün avadanlıq və məhsulların da eyni platformada təqdim olunması supermarket şəbəkəsinin əməkdaşları olaraq bizim üçün çox faydalıdır. Bu, gündəlik fəaliyyətimiz üçün zəruri olan məhsul və həllərin geniş spektri üzrə məlumat əldə etməyə imkan yaradır.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN