Əgər şirkət öz inkişafında maraqlıdırsa

Əgər şirkət öz inkişafında maraqlıdırsa

20 may 2019 0000

Tural Rəhimov, Azərbaycanın “Azprotr” MMC-nin direktoru

Bakının Nizamı rayonunda bizim ketçup və zirə qarışıqlarının istehsalı sahəsində ixtisaslaşmış müəssisəmiz var. “WorldFood Azerbaijan” sərgisi bizim üçün vacibdir, belə ki, istehsalatımızı modernləşdirmək niyyətindəyik və burada təqdim edilən yeni texnologiya və avadanlıqlara maraq göstəririk.

Bütün tapşırıqlarımızı yerinə yetirmək üçün lazım olan bütün məhsulları tapmağa ümid edirik. Biz Bakıda yerləşən restoranlar ilə birbaşa əməkdaşlıq edirik, məhsullarımız hələ ki, mağazaların piştaxtalarında yoxdur və ola bilsin ki, modernləşdirmə işlərindən sonra məhsullarımız alıcılar üçün əlçatan olacaq.

Mən gələcəkdə də, “WorldFood Azerbaijan” sərgisini və ölkədə keçirilən kənd təsərrüfatı sərgilərini ziyarət edəcəyəm, çünki şirkətimiz öz inkişafında maraqlıdır.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN