Sərginin ikiqat faydası

Sərginin ikiqat faydası

20 may 2022 0000

Natalia Slobodyuk, “Unico Logistics Baku” MMC-nin baş direktoru

Mən logistika sahəsində işləyirəm və “InterFood” sərgisi mənim üçün aktualdır. Axı istənilən sənayedə nəqliyyat xidmətləri lazımdır. Hər il sərgi öz əhatə dairəsini genişləndirir və nümayiş stendləri daha da maraqlı olur. Bu gün izləmək fürsəti əldə etdiyim aşpazların yarışı məndə xoş təəssüratlar yaratdı. Bu tədbirin sərgi çərçivəsində keçirilməsi yaxşı fikirdir! Yaxşı təşkil olunmuşdu və çox maraqlı idi.

Mənim üçün sərgilər köhnə tərəfdaşlarla görüşmək üçün ən yaxşı fürsətdir. Bu tədbirdə oluqca səmimi bir atmosfer var və burada iştirak etməyə dəyər Yeni əlaqələr qurmaq potensial tərəfdaşlar axtaran hər bir iş adamı üçün olduqca vacibdir.

Bu gün yerli bazara yönəlmiş bir çox brendlərin iştirakından məmnun qaldıq, onların arasından gələcək müştərilərimizi tapa bildik. Sərgilər dövrümüz üçün ikiqat aktualdır, çünki burada dövlət qurumları və fərdi sahibkarlıqlarla əlaqələr qurulur və möhkəmlənir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN