Yanvar-fevral aylarında ölkədən 37,1 min ton xurma ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən xurmanın dəyəri 27,8 milyon dollar olub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin eyni dövründə dəyəri 14,1 milyon dollar olmaqla 17,9 min ton xurma ixrac edilib.