Nərgiz İsgəndərzadə, “Aznur” şirkətinin direktoru
“Aznur” şirkətinin daxil olduğu “Belarusskiy” ticarət şəbəkəsi “WorldFood Azerbaijan 2017” sərgisində debüt edir. Sərgidə iştirak etməkdə əsas məqsədimiz böyük auditoriyanı mağazalar şəbəkəsində təqdim edilmiş məhsul çeşidləri ilə tanış etməkdir.
Məhsul çeşidi genişdir: bura ət və süd məhsulları, konfetlər, un, qənnadı məmulatları, içkilər, dondurulmuş giləmeyvə və tərəvəzlər, dondurmalar, tərəvəz konservləri və digər məhsullar daxildir. Bütün ticarət şəbəkəsi Belarusun təbii inqrediyentlərindən istifadə edən aparıcı müəssisələrin məhsullarının satışını həyata keçirir. Biz Belarusun otuzdan artıq zavodu ilə əməkdaşlıq edirik. Hazırda Azərbaycanda şəbəkənin dörd mağazası fəaliyyət göstərir və burada fəaliyyətin genişləndirilməsi planlaşdırılır.
“WorldFood Azerbaijan 2017” sərgisində məhsul nümunələrinin təqdim edilməsi bizə mağazalar şəbəkəsi barədə məlumat yaymaq baxımından əla imkan verərək, son nəticədə satışı təşviq etməyə və eyni zamanda, müəssisəmizin kommunikasiya, qiymət, satış və ticarət siyasətini reallaşdırmağa şərait yaradır.
“Qida məhsulları” sərgisi iştirakçı şirkətlər üçün yeni müştərilərin, satış bazarlarının axtarışı və satış coğrafiyasının genişləndirilməsi baxımından səmərəli vasitə olub, tərəfdaş axtarmağa şərait yaratmaqla yanaşı, bazara daxil olmağa da kömək edir.