Levent Aydın, “Frigo Mekanik” şirkətinin Baş direktoru
Türkiyəni təmsil edən şirkətimiz soyuducu sistemləri istehsal etməklə yanaşı, öz sifarişçilərini istifadəyə hazır və xüsusi tələblərə uyğun həll variantları ilə təmin edir. Şirkət əsasən qida sektorunda fəaliyyət göstərir. Ziyarətçilər ət və ət məhsulları, süd / dəniz məmulatları, meyvə-tərəvəz, kartof, soğan, banan yetişdirmə və yaşıl banan, donmuş qida və s. məhsulların saxlanması üçün soyuducu sistemlər üzrə həll variantları barədə məlumat əldə edə bilərlər.
Şirkətin qida sənayesi üçün təklif etdiyi həll variantları təbii mayelər olan ammonyak və karbon dioksid əsaslı soyuducu sistemlərdir. Hazırda şirkət təbii mayelərdən istifadə etməklə, hətta çox böyük zavodlarda da öz layihələrini həyata keçirir.
Şirkət 13 ildən artıqdır ki, Azərbaycan bazarında fəaliyyət göstərir. Biz Azərbaycanın müxtəlif bölgələrində qida sənayesi üçün soyuducu sistemlər üzrə bir sıra layihələr həyata keçirmişik. Bu səbəbdən, biz layihələrimizi idarə etmək və sifarişçilərimizə daha səmərəli şəkildə xidmət göstərmək məqsədi ilə iki il əvvəl Bakıda ofisimizi açmışıq. Şirkət etibarlı avadanlıqlar ilə yüksək keyfiyyətli məhsullar istehsal edir və beləliklə, sifarişçilərimiz öz işlərində ən yaxşı nəticələr əldə edirlər. Həmçinin şirkət Azərbaycanın müxtəlif bölgələrində sifarişçilərə xidmət edən texniki dəstək qrupuna malikdir.
Biz hesab edirik ki, bu sərgi şirkətimiz və Azərbaycanın qida sektoru üçün çox vacibdir, çünki bu tədbir bütün peşəkarların bir araya gəlməsi, habelə məlumatların səmərəli şəkildə paylaşılması və yeni əməkdaşlıq əlaqələrinin qurulmasını təmin edir. Tədbir həmçinin qlobal innovasiyaları da bir araya gətirir.