Cəmiyyəti keyfiyyətli məhsullarla təmin edirik!

Cəmiyyəti keyfiyyətli məhsullarla təmin edirik!

19 may 2022 0000

Rəşad Qurbanov, “Choco Art AZERSUN” şirkətinin supervayzeri

“Azərsun Holdinq” MMC qida məhsullarının istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində ölkənin aparıcı şirkətidir. Məqsədimiz kəmiyyət deyil, keyfiyyətdir!

Uzun illərdir ki, holdinqimiz cəmiyyəti keyfiyyətli məhsullarla təmin edərək insanlara xidmət göstərir. İstehsal olunan məhsulların çeşidi çox genişdir. Bu gün “InterFood Azerbaijan” sərgisində olan iki stenddə qonaqlarımıza çoxlu dadlı məhsullar nümayiş etdirir, yeni məhsullar haqqında danışır və dequstasiyalar keçiririk. “Choco Art”-ın şirniyyatlarını xüsusilə qeyd etmək istərdim. Onlar Belçika reseptinə əsasən hazırlanır. Bu zaman əsl qəhvə yağından istifadə edilir. Bu gün üç yeni konfet növü var; bunlar karamelli, südlü-qozlu və kakaolu-qozlu növləridir. Həmçinin, beş növ şokolad mövcuddur. şokolad yağı, püstə və küncüt pastası yeni məhsullara daxildir. Bundan əlavə, stenddə çaylar, şirələr, duz, ayranlar, süd, düyü, yağ və kompotlar da nümayiş olunur.

Biz hər il bu sərgidə iştirak edirik və burada hökm sürən ab-havadan həmişə razıyıq. Çoxlu qonaqlar, çoxlu iştirakçılar. Biz insanlar üçün işləyirik və məqsədimiz tərəfdaşlığı genişləndirmək və istehlakçı bazasını genişləndirməkdir. Bu baxımdan sərginin böyük rolu var. Bu sərgidən sonra mağazaya daxil olan hər bir ziyarətçi artıq ən yaxşı məhsulu seçə bilər.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN