Sergey Novoxat, “Green Trade” (Ukrayna) şirkəti
– Bu, mənim Bakıya ilk səfərimdir. Sərginin təşkilat səviyyəsi, rahat qeydiyyat prosesi məni yaxşı mənada təəccübləndirib. Bizim şirkət özüyapışan etiket istehsalçısıdır. Azərbaycanın layiqli brendi, keyfiyyətli və güclü istehsalçı olan “Savalan” ticarət nişanı bizim daimi tərəfdaşımızdır. Biz digər ölkələri təmsil edən həmkarlarla məmnuniyyətlə görüşlər keçirmişik. Sərgi çoxprofilli olduğuna görə burada müxtəlif sektorlarda əməkdaşlığın inkişafı üçün istənilən şərait mövcuddur. Şirkətimizin ikinci fəaliyyət istiqamət şirniyyat sənayesidir və buna görə də biz sərgidə daha çox yerli qənnadı məhsulları istehsalçılarını görmək istərdik.