Dequstasiyaya dəvət edirik!

Dequstasiyaya dəvət edirik!

18 may 2017 0000

Liviu Çiçok - Apetrey, “ROMCONSERV” Rumıniya konserv istehsalçıları assosiasiyasının Vitse-prezidenti

– Biz “WorldFood Azerbaijan” sərgisində “Pan-Dora” Avropa proqramının stendi çərçivəsində iştirak edirik. Bizim şirkətin 25 müəssisəsi Rumıniyada fəaliyyət göstərir, bu müəssisələrdə təxminən 200 adda konservləşdirilmiş qida məhsulları istehsal edilir. Bizim məhsul çeşidinə konservləşdirilmiş meyvə və tərəvəzlər, şirələr, uşaq qidaları, konfitürlər, cemlər və digər məhsullar daxildir. Yeri gəlmişkən, bu gün axşam Azərbaycana səfərimiz çərçivəsində “JW Marriott Absheron” otelində “Pan-Dora” iştirakçıları üçün məhsulların dequstasiyası planlaşdırılır.

 Biz “WorldFood 2017” sərgisində debüt etməkdən məmnunuq. Bizim bu tədbirdə iştirakımız Azərbaycan bazarını daha yaxından tanımaq istəyi ilə bağlıdır. Mən bütün dünyada bir sıra profilli sərgilərdə iştirak etmişəm və bu sərgi məndə böyük maraq doğurub və səmərəli nəticələr baxımından ümidvericidir. Bütün maraqlanan şəxsləri və əməkdaşlıq etmək istəyən potensial tərəfdaşları stendimizə dəvət edirəm.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN