Ceyhun Fərzəliyev, “Global Printing System” (Gp System) şirkətinin Azərbaycan filialının rəhbəri
– “Gp System” şirkəti beynəlxalq “Ipack Caspian” sərgisində üçüncü dəfədir ki, iştirak edir. Şirkətin əsas fəaliyyəti sənayenin demək olar ki, bütün sahələrində istifadə edilən müxtəlif növ markaların (damcı axını və lazer) tətbiqi üzrə avadanlıqlarının, o cümlədən kommersiya təyinatlı çap avadanlıqlarının ABŞ və Avropa ölkələrindən təchiz edilməsindən ibarətdir.
Həmçinin,“Collamat” (İsveçrə), “INTREX” (Polşa) və “Ventus” (“Klinger”/”Meckelborg”) (Finlandiya) kimi aparıcı Avropa istehsalçılarının yüksək keyfiyyətli etiketləmə avadanlıqlarına böyük tələbat var. Şirkət Böyük Britaniyanın “Domino” firmasının –yüksək keyfiyyətli markalama printerlərinin istehsalı üzrə qlobal liderin rəsmi distribyutorudur. “Gp System” şirkəti müştərilərin sifarişi əsasında “TrojanOne” (Danimarka) rəqəmli etiket printerlərini də təmin edir, həmçinin malların qablaşdırılması üçün texniki ləvazimatların, o cümlədən “Unlu” və “Enercon” brendlərinin təchizatı sahəsində ixtisaslaşıb.
Şirkət münasib qiymətlərlə keyfiyyətli avadanlıqlar təklif edir və sərgidə sifarişlər alacağımıza ümid edirik. Artıq çoxsaylı görüşlər, o cümlədən “Azersun” və “Astaracay” şirkətləri ilə görüşlər təyin edilib. Azərbaycanda potensial müştərilərin əsas maraq göstərdikləri məhsul müxtəlif avadanlıq, məhsul, qablaşdırma və başqa malları markalayan “Domino” şirkətinin printerləridir.