Rəşid Çulaqov, “Tuna Co” şirkətinin Baş direktoru
Stend Nö.: F1046
– “WorldFood Azerbaijan 2018” sərgisinin ziyarətçiləri zəngin ekspozisiyalı stendimizdə “HP WS6800 Digital Printing Machine” adlı yeni çap avadanlığı ilə ətraflı tanış ola bilərlər. Sözügedən avadanlıq tərəfimizdən bu yaxında quraşdırılıb və buna görə də ona maraq azalmır. Bu rəqəmsal maşın qablaşdırma üçün istifadə olunan istənilən özüyapışan materialların üzərində yüksək keyfiyyətli çapı təmin edir.
Mühüm bir məqamı da vurğulamaq lazımdır ki, çap klişe xərcləri olmadan həyata keçirilir. Kiçik və orta biznes üçün böyük problem olan kiçik tirajlar ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bundan əlavə, materialları (tələb olunan nəticə əldə edilənə qədər) çap rejimində sərf etməyə də ehtiyac yoxdur. Bir prosesdən növbəti texniki əməliyyata keçid isə anında həyata keçirilir.
Daha bir yeni məhsul isə “Kaitai” (Tayvan) şirkətinin ikixətli “ABA” ekstruderləridir. Avadanlıq üç müxtəlif xammaldan - aşağı sıxlıqlı polietilen (“LDPE”), yüksək sıxlıqlı polietilen (“HDPE”) və kalsium karbonatdan (“CaCo”) istifadə etməyə imkan verir. Maşın saatda 100 kq məhsul istehsal etmək iqtidarındadır və materialın keyfiyyəti və möhkəmliyi ilə fərqlənir.
Şirkətimiz bu yeni avadanlıqları saatda 40-45 kq məhsul istehsal edən və üç xammalı eyni zamanda (keyfiyyətlə) qarışdıra bilməyən dörd köhnəlmiş birxətli ekstruderi əvəz etmək üçün əldə edib.
Biz Azərbaycan Respublikası Milli Məclisinin İqtisadiyyat Komissiyasının üzvləri olan deputatları, eləcə də əməkdaşlığa maraq göstərən bütün sahibkarları “Tuna Co” şirkətinin stendinə dəvət edirik. Biz uğurlu və qarşılıqlı faydalı əməkdaşlığa hazırıq!