14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərinə həsr olunmuş mətbuat konfransı JW Marriott Absheron Baku mehmanxanasında keçirildi.
Mətbuat konfransında cənab Toğrul Qafarbəyli - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyinin protokol rəhbəri, cənab Edvard Stron - “Caspian Event Management” şirkətinin region üzrə direktoru, cənab Fərid Məmmədov - “Caspian Event Organisers” şirkətinin baş direktoru, Zarina Məmmədova - layihə rəhbəri iştirak ediblər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu.
Konfransda müxtəlif yerli KİV nümayəndələri iştirak edirdi, onların arasında: ABC, APA, AzTV, Azərbaycan Qəzeti, Azərtac, CBC, Space, Real TV, InterAz TV, Report.Az və s.
Tədbir sanitariya və epidemioloji tövsiyələrə uyğun olaraq keçirilib.