Aleksandr Prokopçuk, “Mosprom” təşkilatında İxracın koordinasiyası və inkişafı departamenti rəhbərinin müavini “Mosprom” təşkilatı İnvestisiya və sənaye siyasəti departamentinin rəsmi təmsilçisidir.
Biz “InterFood Azerbaijan” sərgisində 2 stend ilə təmsil edilmişik - birləşmiş və fərdi. Birinci stenddə beş şirkət – “Kolomenskoye” Moskva çörək və şirniyyat zavodu, “Karat” spred pendir istehsalçısı, “Dımov” ət məmulatları istehsalçısı, “Torero” qənnadı məmulatları istehsalçısı və sağlam və pəhriz qidaları sahəsində fəaliyyət göstərən “Nouprodukt” şirkəti öz məhsullarını təklif edir. Ayrıca stenddə “Mirotorq” brendini təmsil edən “Prodmir” şirkəti təqdim olunur.
Biz Moskva istehsalçılarının Azərbaycan da daxil olmaqla, bütün dünya üzrə ixracını artırmağa çalışırıq. Təqdim edilən brendlər Azərbaycanda yaxşı tanınır. Bununla yanaşı, demək olar ki, bütün Moskva şirkətləri özləri ilə birlikdə yeni məhsullar gətirib, yerli bazara uyğunlaşmaq üçün malların çatdırılmasında və reklamlarında dəyişikliklər ediblər.
Biz “InterFood Azerbaijan” sərgisinə ötən ildən hazırlaşırdıq, lakin təəssüf ki, onlayn rejimə keçməli olduq. Avropa və Asiyada sərgilərin praktiki olaraq keçirilmədiyini və ya böyük məhdudiyyətlər ilə keçirildiyini nəzərə alsaq, bizim üçün “InterFood Azerbaijan” sərgisində iştirak böyük hadisədir. Bu tədbir bizim üçün əla keçir! Bütün danışıq zonaları daim doludur. Elə ilk gündən ciddi ixrac müqaviləsi imzaladıq. Daha iki müqavilənin də imzalanması gözlənilir.