Tural Həsənov, “Mirlex Trading” distribusiya şirkətində satış departamentinin rəhbəri, “Pieno Zvaigzdes”
– Biz Bakıda və Azərbaycanın regionlarında Litvanın “Pieno Zvaigzdes” şirkətinin “Сваля” (Svalya) brendini təqdim edirik. Bazarda uzun illər fəaliyyət göstərməklə, biz ilk növbədə məhsullarımızın yüksək keyfiyyəti ilə etibar qazanmışıq. Avropada südün qiymətinin bahalaşma təmayülünə baxmayaraq, biz qiymətləri ilin əvvəlində olduğu kimi saxlamağa çalışırıq. İstehsal edilmiş məhsulların keyfiyyəti ilə yanaşı, qablaşdırma materialına da xüsusi diqqət yetirilir. Məsələn, ən keyfiyyətli məhsullardan biri olan xama karton qutuda qablaşdırılıb, çünki karton plastik ilə müqayisədə, bu, ekoloji baxımdan daha təmiz materialdır. Bu gün stendimizdə artıq tanınmış pendir, xama, şor məhsulları ilə yanaşı, hələ Azərbaycan bazarında olmayan yeni məhsulu da təqdim edirik. Bu, zülal ilə zəngin olan, üç dəfə daha çox süddən istifadə edilmiş “Греческий” (“Qreçeyskiy”) yoqurt məhsul xəttidir. Hazırda bu məhsul daha da populyarlaşmaqdadır, çünki insanlar sağlamlıqlarına və zülalı qidalara daha çox maraq göstərirlər. Ziyarətçilər yeni məhsulları maraqla öyrənirlər. Biz mağazalarda sınaq və nümunəgötürmə proseslərini həyata keçirəcəyik. Biz sərgidə hər il iştirak edirik və tərəfdaşlarımızın və “Pieno Zvaigzdes” şirkətinin rəhbərliyinin adından qeyd etmək istəyirəm ki, biz yüksək təşkilatçılıq səviyyəsindən, öz tərəfdaşlarımızla gələcək əməkdaşlıq perspektivlərindən razıyıq.