Marina Nesterenko, “Minsk Kristall Qrupp” holdinqinin xarici iqtisadi fəaliyyət idarəsinin sədr müavini
– “WorldFood Azerbaijan” sərgisi qida sənayesini təmsil edən aparıcı yeli və xarici istehsalçılar, ixracatçıların unikal görüş yeridir. Biz dəfələrlə bu tədbirdə iştirak etmişik və müşahidə edirik ki, bu il tədbir daha genişmiqyaslı olub və bu da bizə stendlərin sayını artırmaq imkanı verib. Ümidvarıq ki, sərgi yeni sazişlərin imzalanması ilə nəticələnəcək.
Bizim holdinq spirtli işçilərin istehsalı üzrə Belarus Respublikasında nəhəng şirkət olub klassik və xüsusi araq, tinktura, likör, balzam, konyak və digər spirtli içkilərin çeşidlərini təklif edir. Xüsusilə də, holdinqin stendində bu yaxınlarda Moskvada keçirilmiş “Ən yaxşı araq - 2019” XII Beynəlxalq dequstasiya müsabiqəsində qızıl medallara layiq görülmüş “The Rakovshchiks. Lyaxovskaya”, “The Rakovshchiks. Klyukbennaya” və “BELAYA RUS. SEREBRYANNAYA” araqları təqdim edilir.
Şirkət ildən-ilə məhsullarının çeşidini artırır. Holdinq ən yeni məhsulları Azərbaycana gətirilmiş Belarusun səkkiz zavodunun maraqlarını təmsil edir. Bizim məhsulların topdan və pərakəndə satışı ilə məşğul olmağa hazır olan sahibkarlar ilə Bakıda görüşlərin keçirilməsi barədə ilkin razılıq əldə edilib. Azərbaycan bazarı bizim üçün vacibdir və holdinq bazarda yaxşı yer tutur.