Yusif Hacılı, “Caspian Construction Systems” şirkətində İdarə Heyətinin üzvü və mühəndislik sistemləri üzrə mütəxəssis
- “Caspian Construction Systems” şirkəti tikinti sahəsi üçün sistem və həll variantlarını, eləcə də sözügedən sektorda istifadə olunan kimyəvi məhsullar təklif edir. Bizim xidmətlərimiz arasında hidroizolyasiya işləri, polimer əsaslı materiallardan istifadə edilməklə izolyasiya işlərinin həyata keçirilməsi, su keçirməyən örtüklərin təchizatı, avtomobil parkları, qaraj, sənaye obyektləri, idman zalları, stadionlar, uşaq meydançaları və digər tikililərin örtüklə təmin olunması daxildir.
“WorldFood Azerbaijan” sərgisində iştirakımızın məqsədi qida sənayesində sağlamlıq üçün təhlükəsiz olan döşəmələrdən istifadəni təşviq etməkdir. Biz Amerikanın “Flowcrete” şirkəti tərəfindən hazırlanmış nanotexnologiya əsaslı anti-bakterial döşəmələr təklif edirik. Bu döşəmələrin təmizlənməsi və istifadəsi çox sadədir. Bizim döşəmələr bir sıra şirkətlərin, o cümlədən Azərbaycanlı istehsalçıların qida sənayesindəki istehsalatda istifadə etdikləri ən son texnologiyalara əsaslanır. Hazırda Azərbaycanda yeni qida komplekslərinin tikintisi davam edir və bu komplekslərin əksəriyyətində məhz bizim şirkətin döşəmələrindən istifadə olunur.