Barbra Kovalçuk və Olesiya Vasilenko, Polşa səfirliyində ixrac üzrə menecerlər
– Bu gün Polşanın Azərbaycandakı səfirliyi sərgidə öz ixrac potensialını nümayiş etdirir, bizim stend üç brendi birləşdirir. Bunlardan biri “SaMASZ” kənd təsərrüfatı üçün maşınqayırma şirkətidir. Bu şirkət 30 ildən artıqdır ki, kənd təsərrüfatı texnikasının istehsalı ilə yanaşı, kommunal texnikaların da geniş spektrini təklif edir.
“KASKATdairy” şirkəti süd məmulatlarının bütün növlərini təklif edir. Bu şirkət 20 ildən artıq fəaliyyət təcrübəsinə malikdir. Brendin əsas məhsulları quru süd və süd məmulatlarıdır. Bu sərgidə iştirak etməkdə məqsədimiz böyük insan auditoriyası ilə tanış olmaq, onlara öz məhsullarımız barədə məlumat verməkdir. Hazırda süd məmulatlarının, eləcə də kənd təsərrüfatı texnikalarının tədarükünə maraq göstərən şirkətlər var. Biz onlarla əməkdaşlığa ümid edirik.
“Sweet Brands” qənnadı şirkəti də ziyarətçilərin marağına səbəb olub. Bu cəmi iki yaşı olan yeni brenddir. Şirkət peçenye, vafli kürələri və şokolad istehsal edir. Bizim şirkətin məhsulları dünyanın bir sıra ölkələrində təqdim olunur və biz bu gün Bakıya böyük ümidlərlə gəlmişik. Hazırda şirkətimiz tərəfindən təklif edilən məhsullara maraq göstərilir və biz yeni tanışlıqlar qurmaq, yeni dost və tərəfdaşlar qazanmaq, eləcə də yerli bazarda fəaliyyət göstərmək niyyətindəyik.