Sənan Orucov, “Gilan FMCG Group” şirkətində Məhsulun İdarə edilməsi Departamentinin rəhbəri
– “Gilan FMCG Group” şirkəti uzun illərdir ki, öz seqmentində satış üzrə liderdir. Biz bu il “World Food Azerbaijan 2017” sərgisində Qəbələ, Lənkəran və Quba konserv zavodlarının bütün məhsul xətləri, eləcə də yerli istehsal olan süd məmulatları və çipsilərlə təmsil olunuruq. Biz “Milla” brendi ilə iki yeni məhsulu - “tetrapak” qablaşdırmada göyərtili pendir və təbii südü təqdim edirik. Ziyarətçilər aşağıdakı brendlərin spirtsiz içkiləri, konservləşdirilmiş məhsulları, süd məmulatları və çipsiləri ilə tanış olacaqlar: “Jalə”, “Bagdan”, “Chipsim”, “Milla”, “Aquastyle”, “Natura”, “Zolotoy sad”, “X-sport”. Qeyd edim ki, bu məhsullar ən son Avropa avadanlıqlarının köməyi ilə istehsal olunur və yüksək keyfiyyəti ilə seçilir.
“World Food Azerbaijan” sərgisində iştirak etməkdə məqsədimiz yeni əlaqələrin qurulması, ən son məhsulların təqdim edilməsi və ixrac yollarının axtarılmasından ibarətdir. Müştərilərlə ünsiyyət, potensial alıcılar ilə aparılan fikir mübadiləsi və əlaqələrin dəstəklənməsi kimi kommunikativ məqsədlər də bizim üçün vacibdir.
Belə sərgilərin keçirilməsi təşəbbüsü holdinqin strategiyasına uyğundur. Biz hesab edirik ki, bu cür sərgi platformaları “FMCG” (gündəlik tələbat malları) bazarının inkişafı və genişlənməsinə şərait yaradır, bazarın iştirakçılarının güclü tərəflərini aşkar etməyə kömək edir və ölkəmizdə beynəlxalq bazarlaraa istiqamətlənmiş bu sənayenin inkişafının düzgün inkişaf vektorunu yaradır.