Quş və balıq ətindən hazırlanmış müxtəlif çeşidli məhsullar

Quş və balıq ətindən hazırlanmış müxtəlif çeşidli məhsullar

22 may 2015 0000

Zaur Əliyev, GarantHolding” şirkətinin kənd təsərrüfatı layihələri üzrə meneceri

Garant Holding” şirkətinin mühüm fəaliyyət istiqamətlərindən biri qida sənayesi üzrə layihələrin reallaşdırılmasından ibarətdir. Biz öz analoqlarından fərqlənən balıq və quş ətindən hazırlanmış məhsullar istehsal edirik. Şirkətimiz zülalla zəngin olan və dövlət standartlarına cavab verən quş əti istehsal edirik və bu da istehsal prosesinə ciddi nəzarət tələb edir. Biz yalnız təbii şəraitdə becərilmiş təmiz yemlərdən istifadə edirik

“WorldFood Azerbaijan” sərgisində iştirak etməkdə məqsədimiz istehlakçıların sayını artırmaq və bazarın iştirakçılarını bizim məhsulların üstünlükləri barədə məlumatlandırmaqdan ibarətdir. Bununla yanaşı, biz kənd təsərrüfatı sahəsindəki fəaliyyətimizi genişləndirmək məqsədi ilə yeni tərəfdaşlar axtarmaq niyyətindəyik.

Sərginin ziyarətçiləri bizim stendə təqdim olunan məhsul nümunələri ilə tanış ola bilərlər. Burada quş ətindən hazırlanmış müxtəlif çeşidli məhsullar, o cümlədən dondurulmuş və soyudulmuş, eləcə də quşçuluq təsərrüfatı məhsulları, habelə bizim balıq təsərrüfatımızda istehsal olunan balıq məhsulları yer alır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN