Şamxal Məmmədov, “Cahan Tobacco International” şirkətinin Marketinq Direktoru
“Cahan Tobacco International” olaraq biz stendimizdə yüksək keyfiyyətli tütün məmulatları – siqarət məhsulları, qəlyan tütünü və emal olunmamış tütün çeşidləri nümayiş edirik. İstər tütün emalında istərsə də siqaret istehsalında ən müasir texnoloji avadanlıqlardan istifadə bizim şirkətin istehsal çevikliyini artırır. Bundan başqa, siqaret istehsalında Naxçıvanda becərilən Virciniya və İzmir Oriental Tütün sortlarından da istifadə edirik.
“WorldFood Azerbaijan 2019” sərgisində iştirakda əsas məqsədimiz istehsalda və tütün yetişdirmə fəaliyyətimizdə qazandığımız uğurları, bazarda uğur qazanmış markalarımızı və ixrac imkanlarımızı dövlət qrumlarının əməkdaşlarına, yerli və xarici partnyorlara, potensial müştərilərə, habelə maraqlı olan hər bir sərgi iştirakçısına nümayiş etdirməkdir. Bu məqsədlə stendimizdə şirkət rəhbərlərini və onların təmsilçilərini, dövlət qurumlarının əməkdaşlarını və xarici təşkilatların nümayəndələri ilə məhsuldar görüslər keçirmişik.
Hesab edirəm ki, “WorldFood Azerbaijan” sərgisi, fəaliyyətə başladıqdan sonra qısa zamanda ugur qazanmış bizim kimi şirkətlərin tanınmasında əhəmiyyətli rol oynayır.