Belarusun Baş naziri Roman Qolovçenko Bakıda keçirilən beynəlxalq “Caspian Agro” və “Inter Food” sərgilərini ziyarət edib.
Belarus hökumətinin başçısına Belarus və Azərbaycanın sərgi ekspozisiyaları nümayiş etdirilib, ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı ərzaq tədarükü məsələləri müzakirə edilib.
Caspian Agro və Inter Food beynəlxalq sərgilərində Belarusun ekspozisiyası 39 müəssisə və təşkilatla təmsil olunur. Ekspozisiyanın ümumi sahəsi 245 kv.m.-dir.
Belarus hökumət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Səfərin ilk gününün yekunu olaraq 55 milyon dollarlıq müqavilələr imzalanıb.