Mariam Qabataşvili, “Frixx” şirkətinin kommersiya direktoru
“WELLINGTON LLC” şirkəti “Frixx” ticarət nişanı altında məhsullar hazırlayan və istehsal edən dadlı çərəz istehsalçısıdır (frixx.ge). Şirkət beş dadda kartof çipslərini təklif edir: “Acika”, “Barbekü”, “Klassik”, “Tərxun” və “Pendir”. Biz xırtıldayan çipslər ilə yanaşı, karamel və duzlu popkorn da istehsal edirik.
Bütün məhsul portfeli Bakıda keçirilən sərgidəki stendimizdə təqdim olunacaq.
Gürcüstanda belə genişmiqyaslı və keyfiyyətli məhsullar istehsal edən “WELLINGTON LLC” kartof çipslərinin ilk istehsalçısıdır. Şirkətin məhsulları yüksək keyfiyyətlidir. Şirkətin zavodu dünyada ən yaxşı hesab edilən Amerika və Avropa texnologiyaları ilə təchiz edilib. Bundan başqa, şirkətimiz yerli Gürcüstan kartofundan “FRIXX” adlı çipslər istehsal edir və biz kartof çipslərinin istehsalında ən yaxşı günəbaxan yağından istifadə edirik.
Şirkət brendin yerli səviyyədə / Gürcüstan miqyasında təqdim edilməsindən sonra hazırda məhsul ixrac etmək və məhsullarını xaricdə də hazırlamaq niyyətindədir. Biz sərgidə potensial yerli distribyutorlar və pərakəndə satış şəbəkələrinin nümayəndələri ilə görüşmək istərdik. Sərgi potensial tərəfdaşlarımız ilə görüşlər keçirmək və əlaqələr yaratmaq üçün ən yaxşı yollardan biridir. Biz burada olmaqdan və məhsullarımızı təqdim etməkdən məmnunuq.