Soyuducu sistemlərin layihələndirilməsi və istismara hazır şəkildə təhvil verilməsi

Soyuducu sistemlərin layihələndirilməsi və istismara hazır şəkildə təhvil verilməsi

10 i̇yun 2021 0000

Caner Yanık, “Frigo Mekanik” şirkətinin satış üzrə mütəxəssisi

Bizim şirkət bu sərgidə Azərbaycan ilə əməkdaşlıq edən Türkiyəni təmsil edir. “Frigo Mekanik” şirkəti Türkiyənin sənaye soyuducuları sektorunda liderdir. Bu gün Azərbaycandan olan tərəfdaş qardaşlarımız ilə birlikdə yeni layihələrə başlamaq üçün “InterFood” sərgisində
iştirak edirik.

Şirkətimiz soyuducu sistemlərin layihələndirilməsi, təchizatı və istismara hazır şəkildə təhvil verilməsi üzrə xidmətlər göstərir. Azərbaycanda bir çox layihələrimiz var. Şirkət istismara hazır şəkildə təhvil verilən layihələr və uğurla istismara verilmiş soyutma sistemləri ilə öz brendini təsdiq edib. Dondurulmuş məhsulların istehsalı və saxlanması üçün təhlükəsiz soyuducu sistemlər hazırlayırıq. Əvvəllər şirkətimiz həm də sərgilərdə təmsil olunurdu və biz orada tərəfdaşlarımızla bir çox layihəyə imza atmışıq.

Şübhəsiz ki, pandemiya bu sektorun inkişafına mənfi təsir göstərmişdir. Lakin biz bunu hiss etmədik, çünki Azərbaycan bazarındakı mövqelərimiz çox güclüdür və şirkət uzun müddətdir bir çox nümunəvi layihələr həyata keçirib.

Bugünkü sərgidən böyük gözləntilərimiz var. Digər şirkətlərin nümayəndələri ilə görüşmək və tərəfdaş tapmaq, eləcə də yeni müştərilərlə tanış olmaq və yeni layihələrə başlamaq niyyətindəyik.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN