“Toxumdan piştaxtaya qədər” ciddi nəzarət!

“Toxumdan piştaxtaya qədər” ciddi nəzarət!

16 may 2019 0000

Yelena Lazareva, Avropanın “Fleur Alpine” şirkətinin direktorunun marketinq üzrə müavini

Baş ofisi Litvada yerləşən “Fleur Alpine” şirkəti “WorldFood Azerbaijan” sərgisində debüt edərək, Avropa İttifaqının bir sıra ölkələrinin ərazisində təbii xammaldan hazırlanan hipo-allergik uşaq qidalarını təqdim edir. Bizim məhsulların üzərində  “avro yarpaq” şəklində xüsusi marka var, bu məhsullar “toxumdan piştaxtaya qədər” ciddi nəzarətdən keçir, yüksək keyfiyyəti ilə seçilir və buna görə də hesab edirik ki, Azərbaycanda bu məhsullara maraq olacaq.

“Fleur Alpine” şirkəti 11 ildir ki, fəaliyyət göstərir, Azərbaycanda isə şirkətin məhsulları bir ildən çoxdur ki, distribusiya razılaşmasına əsasən “Bravo” hiper-marketlər şəbəkəsində, bir sıra “Pribaltika” mağazasında təqdim edilir. Azərbaycandakı distribyutor “Siren Trading” MMC olsa da, şirkət digər özəl şirkətlərlə də əməkdaşlığa hazırdır.

Biz hansı məhsullara daha çox tələbat olduğunu və bu məhsulların rəqabət qabiliyyətini dəqiqləşdirmək məqsədilə Azərbaycan bazarını öyrənirik. Ümumiyyətlə, şirkət Avropada, Gömrük İttifaqına üzv dövlətlər arasında böyük tələbat olan “Premium Class” (“Əla növ”) məhsullar istehsal edir. “Fleur Alpine” şirkəti uçaq qidaları ilə yanaşı, Bakıda Avstriyanın Alp dağlarından gətirilmiş uşaqlar üçün bulaq suyunu, İtaliyanın (Apulin, Siciliya və Kalabrində yerləşən) üzvi fermer təsərrüfatlarında yetişdirilmiş seçmə zeytun növlərindən hazırlanmış zeytun yağını təqdim edir.

 


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN