Universal soyutma sistemləri

Universal soyutma sistemləri

22 may 2015 0000

Serkan Altıntel, “FrigoMekanik” şirkətinin layihə satışları üzrə direktoru

Türkiyənin böyük müəssisəsi olan “Frigo Mekanik” şirkətinin Azərbaycanda nümayəndəliyi var. Şirkət istənilən növ qida məhsulları və dərman vasitələri üçün sənaye səviyyəli soyuducu sistemlər təklif etməklə yanaşı, dünyanın 56 ölkəsində öz müştərilərinə xidmət göstərir. Bizim xidmətlər arasında sözügedən sahə üzrə mühəndis-texniki və xüsusi həll variantları, eləcə də soyuducu anbarların istifadəyə hazır vəziyyətdə təhvil verilməsi yer alır. Bu soyuducu sistemlər məhsulların keyfiyyətini kifayət qədər uzun müddət qorumağa imkan verir və bu da həm istehlakçılar, həm də istehsalçılar üçün əlverişlidir.

Biz Azərbaycan bazarında bizim üçün prioritet olan Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisində bir neçə dəfə iştirak etmişik. Budəfəki iştirakımızın məqsədi isə yeni satış bazarlarının axtarışı, müştəri bazasının genişləndirilməsi, eləcə də tədbirin ziyarətçilərinə üstünlüklərimiz barədə məlumat verməkdən ibarətdir. Biz təkcə müştəri axtarmırıq, həm də müştərilərə satışsonrası xidmətlər, daimi dəstək və servis xidmətləri göstəririk.

Biz artıq Azərbaycanda təxminən 40 soyuducu sistem istismara vermişik və niyyətimiz bazardakı iştirakımızı daha da genişləndirməkdir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN