20 May saat 12:00-da Four Seasons Hotel Baku mehmanxanasında 21-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2015”, 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2015” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya IPACK Caspian sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi.
Mətbuat konfransında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini cənab İlham Quliyev, İTE Qrup şirkətinin direktoru cənab Edvard Stroon, sərginin meneceri xanım Zarina Məmmədova və Caspian Event Organisers şirkətinin biznesin inkişafı üzrə meneceri xanım Həmidə Hacıyeva iştirak etdilər.
Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin yenilikləri və statistik göstəricilər haqqında məlumat verildi. Tədbirin sonuna yaxın bütün KİV nümayəndələri sabah, yəni 21 may tarixində saat 09.00-da rəsmi şəxslərin iştirakı ilə “Bakı Ekspo” mərkəzində keçiriləcək açılış mərasiminə dəvət edildilər. Xatırladaq ki, sərgilər 21-23 may tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək.