WorldFood Azerbaijan 2019: Dünyanın dadlı bolluğu

WorldFood Azerbaijan 2019: Dünyanın dadlı bolluğu

15 may 2019 0000

15 may tarixində Bakı Ekspo Mərkəzində dörd ixtisaslaşdırılmış sərgini birləşdirən ilin ən böyük sərgisi öz işinə başlamısdı. Sərgi kompleksinin üç zalında və açıq meydançasında yerləşən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi “Ipack Caspian” və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi “HOREX Caucasus” dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib.

Ölkə prezidenti Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsi ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısının göstəricisidir.

Sərginin təşkilatçısı Caspian Event Organisers şirkəti və onun beynəlxalq agentlər şəbəkəsidir. Sərgidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi də fəal iştirak edir və tədbiri yaxından dəstəkləyir.

Açılış mərasimində Azərbaycanın Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sərdi Qoşqar Təhməzli və təşkilatçılar adından cənab Edvard Stroon iştirak ediblər. Həmçinin sərginin qonaqları arasında Belarus Respublikasının Baş nazir müavini Lyaşenko İqor Vasilyeviç, “Belqospişeprom” konserninin sərdi Zabello Aleksandr Leonidoviç, Belarus Respublikası sənaye nazirinin müavini Korçik Dmitriy Aleksandroviç, Gürcüstanın ətraf mühit v kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili, Stavropol diyarı Baş nazirinin Birinci müavini Velikdan Nikolay Timofeyeviç, Stavropol diyarı Baş nazirinin müavini Afanasov Nikolay Nikolayeviç, Stavropol diyarı iqtisadi inkişaf nazirinin müavini Damir Suzanna Xalilyevna və Stavropol diyarında “Odlar Yurdu” Azərbaycan icmasının prezidenti Yarıyev Fəxrəddin Sərraf oğlu yer alırlar.

WorldFood Azerbaijan sərgisi bu il 25 illik yubileyini qeyd edir. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində 40-dan artıq müxtəlif dünya ölkələrini təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda distribyutor tapıb və uğurlu biznes qurub. Bu gün sərgi qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribyutorları və ixracatçılarının unikal görüş yerinə çevrilib.

WorldFood Azerbaijan 2019 sərgisində Azərbaycan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya, ümumi 19 ölkəni təmsil edən 189 şirkət iştirak edir. Bu il İtaliya, Türkiyə və Şri-Lanka tədbirdə milli stendlərlə çıxış edir. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqortostan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası eyni anda iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim edilir.

Sərginin sektorları arasında: “WorldFood” - qida sənayesi, “WorldDrink” - içkilər, “WorldFoodTech” texnologiyalar sektorları yer alıb. Bu sektorlarda Azərbaycanın və bir sıra xarici ölkələrin təmsilçiləri qənnadı məmulatları, ət və süd məmulatları, şirələr, çay məhsulları, qəhvə, eləcə də meyvə-tərəvəzlər üçün avadanlıqlar, metal konstruksiyalar, markalama avadanlıqları və s. kimi məhsul və xidmətlərin geniş çeşidini təqdim edir.

“WorldFood Azerbaijan” sərgisi çərçivəsində Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi “Ipack Caspian 2019” sərgisinin ekspozisiyası təqdim edilir. Azərbaycan, Türkiyə, Xorvatiya və digər ölkələri təmsil edən iştirakçılar hazır qablaşdırma və etiketləri, qablaşdırma və markalama avadanlıqlarını, taraları, qablaşdırma məhsullarını istehsal etmək üçün material, xammal və avadanlıqları təqdim edir.

“WorldFood Azerbaijan” sərgisi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərgilər həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) dəstəyi ilə keçirilir.

Sərgiyə dəstək verən strukturlar da tədbirdə fəal iştirak edir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm sərgi salonunda, həm də açıq platformada fəal çıxış edir. Sərgidə həmçinin Ailə Biznesinə Dəstək Mərkəzi (ABAD) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak edir.

 

25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, eləcə də mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edir. Mikro və kiçik sahibkarlıq ilə məşğul olan müəssisələr üçün nəzərdə tutulmuş stenddə sahibkarlıq subyektləri meyvə quruları, süd və süd məhsulları, bal, milli sağlam qidalar, meyvə suları, bitki çayları, müxtəlif yağlar, sosial sahibkarlıq layihəsi olan şokolad və s. məhsullar, eləcə də bu sahə üzrə xidmətlər təqdim edir.

Qeyd edək ki, KOBİA startapların, habelə mikro və kiçik sahibkarlıq ilə məşğul olan müəssisələrin öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir.

 


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN