“WorldFood Azerbaijan 2019” sərgisi: qida təhlükəsizliyi uğurunda mübarizənin uğurları

“WorldFood Azerbaijan 2019” sərgisi: qida təhlükəsizliyi uğurunda mübarizənin uğurları

17 may 2019 0000

17 may tarixində Bakı Ekspo Mərkəzində 4 ixtisaslaşmış sərgini özündə birləşdirən ilin ən genişmiqyaslı sərgi tədbiri öz işini başa vurdu. Sərgi mərkəzinin 3 zalı və açıq platformasında yerləşən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida sənayesi” “WorldFood Azerbaijan” sərgisi, 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfat” “Caspian Agro” sərgisi, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian” sərgisi və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar “HOREX Caucasus” sərgisi dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 12 milli və regional qrupu bir araya gətirib.

Bu il “WorldFood Azerbaijan” sərgisi öz 25 illik yubileyini qeyd edir. Müstəqil Azərbaycanda qida sənayesinin ilk günlərindən etibarən keçirilən bu sərgi sənayenin yeni təmayülləri ilə ayaqlaşmaqla yanaşı, regionda bu sektorun hərəkətverici qüvvəsidir. Sərginin 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 40-dan çox ölkəsini təmsil edən 2137 şirkət bu tədbirdə iştirak edib. Nəticədə isə bu şirkətlərin böyük hissəsi  Azərbaycanda öz uğurlu biznesini qurmağa müvəffəq olub.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərini ziyarət edib, kənd təsərrüfatı sənayesi və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin stendləri ilə tanış olub və sərgilərə işində uğurlar arzulayıb. Ölkə başçısının ziyarəti hökumətin iqtisadiyyatın bu sahəsinə göstərdiyi xüsusi diqqətini, qida təhlükəsizliyi naminə mübarizənin genişləndiyini təsdiq edir.

Ənənəvi olaraq, sərgidə “Made in Azerbaijan” brendi altında qida, o cümlədən ət və süd məhsulları, çay, bal, şirə, tərəvəz, meyvə və yerli istehsalçıların digər məhsulları təqdim edilib. Eyni zamanda, burada suvarma sistemləri, istixana və heyvandarlıq təsərrüfatları üçün avadanlıqlar, yem və toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya qurğuları və digər avadanlıqlar nümayiş etdirilib.

Kənd təsərrüfatı ölkəmizdə prioritet sahələrdən biri kimi müəyyən edilib. Dövlət dəstəyi nəticəsində bu sahədə kənd təsərrüfatı məhsullarının ixrac potensialını artırmaq üçün geniş imkanlar yaranıb. Hər il bu sektora yatırılan investisiyaların həcmi də artır. Reallaşdırılmış bütün layihələr Azərbaycanda qida təhlükəsizliyini təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir.  Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, fermerlər müasir kənd təsərrüfatı texnikaları ilə təmin edilir, onlara güzəştli şərtlərlə subsidiyalar, yanacaq və gübrə verilir və onlar torpaq vergisindən başqa bütün vergilərdən azad edilib.

Sərginin sektorları arasında “WorldFood” (Qida sənayesi), WorldDrink” (İçkilər), “WorldFoodTech” (Qida texnologiyaları) sektorları yer alır və bu sektorlarda məhsul və xidmətlərin geniş çeşidi təqdim edilir. Sevindirici haldır ki, sərgidə debüt edən şirkətlər tədbir iştirakçılarının 40%-ni təşkil edir.

Kulinariya sektorunun müxtəlif sahələrinin təqdim edildiyi və təcrübəli kulinarların yüksək peşəkarlıq və beynəlxalq standartlara cavab vermək istəyini nümayiş etdirdikləri “Chefs Cup” Aşpazlar çempionatı qida ekspozisiyasını mükəmməl şəkildə tamamlayıb.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN